"Yaxşı pul olacaq" demişdi, dostunun 100 min pulunu batırdı

Dostundan aldığı 100 min manatdan çox pulu onlayn investisiyada batıran şəxs məhkəmə zalında həbs edilib. Avtosfer.az "Qafqazinfo”ya istinadən məlumatına görə, 34 yaşlı Ramin Şamilliyə verilmiş ittiham yetərli sübutlarla təsdiqini tapmış hesab edilib. İttihamda yazılıb ki, Ramin orta məktəbdə birgə oxuduğu Aqşin Şadlinskidən onlayn yolla investisiya şirkətlərinə yatırım etmək üçün 106 min 500 manat alıb. O, Aqşini inandırıb ki, bu yatırım nəticəsində yaxşı pul əldə edəcəklər və nəticədə hər ikisi də qazanacaq. Bu əməlinə görə mühakimə edilən Ramin ifadəsində deyib ki, Aqşini valyuta bazarına yatırım etməyə məcbur etməyib, əksinə, özü könüllü razı olub. İlk vaxtlarda da ona 40 min manat qazandırıb. Lakin sonradan şirkətlərdən bəziləri bağlanıb, bəzilərinin də serverlərində problem yaranıb. Nəticədə 106 min manat batıb. O, əməlində cinayət tərkibi olmadığını düşündüyündən özünü təqsirli bilməyib. Əlavə olaraq deyib ki, bu məsələ ilə bağlı daha əvvəl də araşdırma aparılıb, amma cinayət işinin başlanmasından imtina edilib. İkinci araşdırmadan sonra isə eyni epizodlar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Zərərçəkmiş Şadlinski isə dostunun onun inamından istifadə etdiyini, hələ də pulunu qaytarmadığı üçün şikayətçi olduğunu bildirib. Raminin Aqşinə yazdığı "sənin pulunu nə vaxtsa verəcəyəm”, "pulunu verəcəyəm, onsuz da cəhənnəmin ortasındayam”, "özümü və evdəkiləri də qurtarmağa çalışıram” məzmunlu SMS-ləri də sübut kimi qeydə alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Şamilli külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. Bütün istintaq müddətində azadlıqda olan müttəhim məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












