Yeddi ildir münasibətləri pis olan müəllimlər - Küçədə bir-birlərini döydülər

Naftalan şəhərində küçədə dalaşan müəllimlər barəsində tədbir görülüb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Naftalan şəhəri, İ. Həsənzadə küçəsində baş verib.
Belə ki, Naftalan şəhər 2 saylı orta məktəbin müəllimi 1980-ci il təvəllüdlü S. Məmmədova (soyadlar şərtidir) ilə həmyaşıdı, Naftalan şəhər Musiqi Məktəbinin müəllimi A. Səfərova arasında küçədə mübahisə düşüb. Daha sonra sözlü mübahisə fiziki şiddətə çevrilib. Onlar bir-birlərinə zərbə endiriblər və yerə yıxılıblar.
Hər iki müəllim polisə şikayət etdikləri üçün onların barəsində protokol tərtib olunub.
Məlum olub ki, S. Məmmədova ilə A. Səfərova orta məktəbdə bir sinifdə oxuyublar. Lakin 2018-ci ildə onların münasibəti pisləşib. Hər iki şəxs bir-birini ünvanlarına xoşagəlməz ifadələr işlətməkdə ittiham edib. Hadisə vaxtı orta məktəb müəlliminin oğlu da onun yanında olub.
İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokol Naftalan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə müəllimlər - S. Məmmədova 100, A. Səfərova isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












