Yeniyetmə oğlan Bakıdakı oteldə anasını öldürdü - Məhkəmə

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə A.Q-nın cinayət işi uzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbirinini dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 27-də Bakıda "Beynəlxalq Avtovağzal Kompleksini"nin otelində baş verib. 1989-cu il təvəllüdlü Əsmə Qasımovanın qaldığı oteldə qətlə yetirilməsi iləbağlı polisə məlumat daxil olub İsti izlərlə həyata keçirilən araşdırmalar zamanı hadisənin qadının oğlu, 16 yaşlı oğlu tərəfindən törədildiyi məlum olub.
Araşdırmalarla məlum olub ki,o anası ilə Türkiyədən gələrək müvəqqəti qaldığı oteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib.Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub. A.Q. qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












