Yeniyetmə yelləncəyin kəndirini açarkən boğulub ölübmüş

Dünən Salyanda 13 yaşlı məktəblinin ölümü ilə nəticələnmiş hadisənin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 2001-ci il təvəllüdlü Ə.Səlimovun yelləncəyin ipini açarkən boğularaq ölməsi müəyyənləşib.
Belə ki, ilkin araşdırmalar zamanı yeniyetmənin dünən saat 13 radələrində təhsil aldığı məktəbdən evə gəlməsi və bir qədər sonra evin arxa hissəsində yerləşən yelləncəyin ağacdan asılmış kəndirini açmaq üçün ora getdiyi məlum olub.
Bu zaman Ə.Səlimovun ayağının altındakı stul tərpənib və kəndirin düyünlənmiş hissəsi onun boğazına keçib. Ə.Səlimov köməksiz vəziyyətdə qalaraq boğularaq ölüb.
Ə.Səlimovun meyiti dünən saat 15 radələrində qonşuları tərəfindən aşkar edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
(qafqazinfo)
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












