Yeniyetməyə qarşı qeyri-etik hərəkətlər edənlər həbs olundu

Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib. Avtosfer.az-ın məlumatına görə, rayonda iki nəfər rayon sakini 2011-ci il təvəllüdlü Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












