Yolda təhlükəli vəziyyət yaradanlar cəzalandırılıb - VİDEO

Xəzər rayonu Binə qəsəbəsində avtomobillərin kütləvi şəkildə yol hərəkəti qaydalarını pozmasını əks etdirən görüntülər yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüləri paylaşan vətəndaş videonun Əli İsazadə küçəsində lentə alındığını bildirib.
O qeyd edib ki, səhər saatlarında nəqliyyatın axınının gur olduğu vaxt bəzi avtomobillər kütləvi şəkildə əks hərəkət zolağına çıxırlar. Bu da tıxacı və nizamsız hərəkəti daha da artırır. Həmçinin qarşı tərəfdən gələnlərin yolunu kəsməklə bərabər onların hərəkətini məhdudlaşdırır.
Şikayətçi vurğulayıb ki, bir neçə il əvvəl bu yolun dəmiryolu xətti ilə kəsişməsində avtomobillərin yaratdığı tıxac səbəbindən qatar relsin üzərində ilişib qalmış avtobusu vurub, nəticədə ölən və xeyli yaralanan olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, görüntülər yeni tədris ilinin başladığı günə təsadüf edir: “Bəzi nəqliyyat vasitələrinin sürücüləri əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkətlərini davam etdiriblər. Həmin sürücülər aşkarlanaraq barələrində qanunamüvafiq tədbirlər həyata keçirilib. Sürücülərdən xahiş və tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Hərəkətin intensiv olduğu yerlərdə sıxlığın yaranmasına səbəb olmasınlar”.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












