Yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını MAŞIN VURDU

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 13-də saat 21:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1968-ci il təvəllüdlü (qadın cinsli) şəxsə ilkin tibbi xidmət göstərilib və açıq kəllə-beyin travması, üz sümüklərinin sınığı diaqnozu ilə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilib.
***
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən piyadanı vurub.
Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılan şəxsin komatoz vəziyyətinə düşdüyü bildirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin cavabında qeyd olunub ki, hadisə ötən gün saat 21 radələrində Rüstəm Rüstəmov küçəsində qeydə alınıb:
"Tural Binnət oğlu Balakişiyev idarə etdiyi KIA markalı, 77-SB-649 dövlət nömrə nişanlı avtomobillə yolu piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyada 1968-ci il təvəllüdlü Gülər Xəlil qızı Nuralaşı vurub.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır".
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












