Zərdabda körpəsini avtomobildə dünyaya gətirən qadının və övladının durumu açıqlandı - VİDEO - YENİLƏNİB

Zərdab rayonunda həkiməqədər doğuş hadisəsi yaşayan ananın və dünyaya gələn körpənin son vəziyyəti açıqlanıb.
Zərdab Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, sentyabrın 25-i saat 10:30-da 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar RMX-nin Doğum evinə müraciət edib.
"Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.
Bu, qadının dördüncü hamiləliyi idi. Onun boyu 46 sm, çəkisi 2 kiloqram 300 qram olan oğlan övladı dünyaya gəlib. Tibb müəssisəsinin Doğuş şöbəsində yerləşdirilən zahıya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Zahı qadından və körpədən lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.
Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir", - deyə məlumatda bildirilir.(oxu.az)
***
Zərdab rayonunda həkiməqədər doğuş hadisəsi yaşanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü paylaşılıb.
Belə ki, hamilə qadın xəstəxanaya aparılarkən doğuş sancıları başlayıb və o, tibbi müəssisəyə çatmadan körpəsini avtomobildə dünyaya gətirib.
Hadisə zamanı qadının yanında ailə üzvləri olublar. İlkin məlumata görə, həm ana, həm də yenidoğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












