Zibil qutusunu oğurladı: 160 saat ictimai işlərdə işləyəcək

Şabran şəhərinin "5 Sotlar" Yaşayış Massivindən zibil yeşiyi oğurlayan şəxs saxlanılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1986-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş T.Y. adlı şəxsə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, T.Y. dostları R.E. və Q.U. adlı şəxslərlə birgə Şabran şəhərinin "5 Sotlar" Yaşayış Massivinin ərazisindən bir ədəd zibil yeşiyini oğurlayıb. Ümumilikdə Şabran şəhər Rayon Yaşıllıq və Təmizlik İdarəsinə ümumilikdə 90 manat məbləğində maddi ziyan deyib. Məhkəmənin qərarı ilə T.Y İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunub. O, inzibati tənbeh tədbirinin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












