14 yaşında yatdı, 46 yaşında oyandı - “Oknönün Yatan Gözəli”nin SİRLİ HEKAYƏSİ

1876-cı ildə cəmi 14 yaşı olarkən dərin yuxuya getdiyi iddia edilən isveçli Karolina Olsson 32 il sonra gözlərini açaraq tibb tarixinin ən müəmmalı hadisələrindən birinin baş qəhrəmanına çevrildi.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, İsveçin Oknö bölgəsində beş uşaqlı ailənin yeganə qızı kimi dünyaya gələn Karolinanın həyatının ilk 14 ili yaşıdlarından fərqlənmirdi. Lakin adi günlərin birində məktəbdən qayıdarkən yıxılıb başını yerə vurdu. Evə gəlib vəziyyəti ailəsinə bildirsə də, qısa müddət sonra özünü yaxşı hiss etməyə başladı.
Bir müddət sonra isə məktəbdən güclü diş ağrısı və üzü şişmiş vəziyyətdə evə qayıtdı. Ailəsi ona dincəlməyi tövsiyə etdi və səhərə hər şeyin düzələcəyini düşündü. Karolina yatağına uzandı, lakin həmin gecə başladığı yuxudan düz 32 il oyanmadı.
Günlər, aylar keçdi. Ailə əvvəlcə baş verənləri anlaya bilmədi, daha sonra isə ümidsizliyə qapıldı. Karolina yuxuya getdikdən altı il sonra onu həkimə apardılar. Həkimlər elektrik cərəyanı tətbiq etsələr də, qız oyanmadı. Bu hal həmin dövrədək yuxu pozuntuları ilə bağlı məlum olan bütün tibbi bilgilərə zidd idi.
Həkimlər onun demensiya ilə əlaqəli iflic keçirmiş ola biləcəyini ehtimal etsələr də, bunu heç vaxt sübut edə bilmədilər.
Vaxt keçdikcə ailə vəziyyətlə barışdı. Anası hər gün ona şəkərli süd içirirdi. Maraqlıdır ki, Karolina başqa qidaları qəbul etməsə də, orqanizmi şəkərli südü mənimsəyirdi. Daha qəribəsi isə illərlə hərəkətsiz qalmasına baxmayaraq nə arıqlayır, nə də saçları və dırnaqları uzanırdı.
Müşahidələr göstərirdi ki, Karolina tamamilə reaksiyasız deyildi. O, ətrafında baş verən hadisələrə bəzən kiçik mimikalarla cavab verir, hətta qardaşının ölümündən sonra günlərlə göz yaşları axıdırdı.
1905-ci ildə, Karolinaya 29 il qulluq edən anası vəfat etdi. Ona baxmaq üçün ailə evə xidmətçi tutdu. Cəmi üç il sonra isə heç kimin gözləmədiyi hadisə baş verdi.
1908-ci il aprelin 3-də xidmətçi Karolinanın otağından səs eşitdi. Otağa daxil olduqda onu yerdə sürünən, gözləri açıq və ağlayan vəziyyətdə gördü. Karolina 32 illik yuxusundan oyanmışdı, lakin bu müddət ərzində baş verənlərdən heç nə xatırlamırdı.
Onun oyanması xəbəri qısa zamanda yayılıb həkimlərin diqqətini yenidən cəlb etdi. Aparılan müayinələr zamanı Karolinanın ciddi çəki itirmədiyi, hətta bioloji yaşından daha gənc göründüyü bildirildi.
Bir neçə həftə ərzində o, danışıq qabiliyyətini və fiziki gücünü bərpa etdi. Bu səbəbdən bəzi insanlar onun həqiqətən 32 il yatıb-yatmadığını da şübhə altına almağa başladılar.
İsveçli psixiatr Harald Fröderström hesab edirdi ki, Karolina ağır psixoloji travmanın yaratdığı nadir psixoz formasından əziyyət çəkmiş ola bilər. Lakin bu nəzəriyyə də qəti şəkildə sübut edilmədi.
Karolinanın 14 yaşında yuxuya gedib 46 yaşında oyanması, 32 il ərzində demək olar ki, heç bir söz demədən gözləri bağlı vəziyyətdə qalması həm elm, həm də müxtəlif mistik baxışlar üçün izahı çətin olan hadisə olaraq qaldı. Onun haqqında çoxsaylı nəzəriyyələr irəli sürüldü, lakin heç biri bu sirri tam aydınlaşdıra bilmədi.
Karolina oyandıqdan sonra daha 42 il sağlam həyat sürdü və 5 aprel 1950-ci ildə, 88 yaşında vəfat etdi. Həyatının 88 ilinin 32 ili müəmmalı yuxuda keçdiyi üçün o, tarixə “Oknönün Yatan Gözəli” kimi düşdü. Bu hadisə isə tibb ədəbiyyatında “Karolina Olsson hadisəsi” adı ilə bu gün də dünyanın ən sirli tibbi vakalarından biri hesab olunur.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO










