Tüpürcək sürət radarını sıradan çıxardı

Yaşadığı ölkədən, dilindən, dinindən və yaşından asılı olmayaraq heç bir sürücü radarı sevmir. Burada təəccüblü hal da yoxdur. Bəzi ölkələrdə isə radarlar sürücülərin və etirazçıların hədəfinə çevrilir.
Avtosfer.az xəbər verir ki, bu günlərdə İsveçrə polisi radarın işinə mane olan unikal halı aşkara çıxarıb. Cenevrə yolunun üstündəki radarın sürət həddini aşan 200-dək avtomobili qeydə almaması polisi hərəkətə keçirib. Qurğuya baxış zamanı məlum olub ki, naməlum şəxslər radarın obyektivinə ot yapıçdırıblar. Həm də bunun üçün tüpürcəkdən istifadə ediblər. Bir neçə gün ərzində polis 20 min frank (36 000 manat) cərimə yığmaqdan məhrum olub.
Lakin hadisəni törədənlər də tapılıb. Məlum olub ki, bunu tez-tez sürət həddini aşan 2 sürücü törədib. Onlar 2 aylıq gəlirləri (gündəlik 70 frank) məbləğində cərimə olunublar.
Vüqar Yaşaroğlu
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












