Yerin ətrafında hərəkət edən yeni kosmik obyekt tapılıb

Alimlər Yer ətrafında hərəkət edən yeni kvasipeyk aşkarlayıblar. PN7 adlı kiçik kosmik obyektin 1960-cı illərdən bəri planetimizlə eyni orbit boyunca Günəş ətrafında dövr etdiyi müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.
Bildirilib ki, bu kəşf Yer orbitinin nə qədər dinamik və kütləvi olduğunu göstərir və planetimizin neçə peyk sahibi ola biləcəyinə dair mövcud təsəvvürləri yenidən gündəmə gətirir.
"Research Notes of the American Astronomical Society"də dərc olunan məlumatlara əsasən, PN7 bəzən Yeri qabaqlayır, bəzən də ondan geri qalır, lakin cazibə tarazlığı səbəbindən orbitini planetimizlə bölüşür. Bu obyekt Yerə bağlı olmadığı üçün adi peyk deyil və kvasipeyk kimi təsnif edilir. PN7 ilk dəfə Havay adalarındakı Pan-STARRS teleskopu tərəfindən müşahidə olunub.
Mütəxəssislər bildirir ki, Yer orbitində bu kimi müxtəlif obyektlər mövcuddur. Bəziləri, məsələn, Kamoʻoalewa, əsrlərlə sabit qala bilir, digərləri isə bir neçə onillikdən sonra orbitdən uzaqlaşır. Bundan başqa, alimlər mini-peyklərin də mövcud olduğunu qeyd edirlər - bu obyektlər bir müddət Yerin cazibəsinə düşərək peyk kimi hərəkət etdikdən sonra yenidən kosmosa qayıdırlar. Onların çox kiçik olması səbəbindən aşkarlanması çətindir və hazırda yalnız bir neçə belə obyekt təsdiqlənib.
Tədqiqatçılar ehtimal edirlər ki, kvasipeyklər və mini-peyklər Günəş sisteminin formalaşmasının ilkin mərhələsindən qalan qalıqlar, Yupiter cazibəsinin təsiri ilə istiqaməti dəyişmiş asteroidləri və ya Ay səthindən qopmuş fraqmentlər ola bilər.
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










