14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?

On ildən artıqdır Serbiya siyasətində dominant mövqeyə malik olan Aleksandar Vuçiç tələbələrin rəhbərlik etdiyi siyasi hərəkat qarşısında məğlubiyyətini etiraf edib. Seçkilərdə Tələbə Siyahısının parlamentdə 135–140, Vuçiçin Serbiya Tərəqqipərvər Partiyasının isə 105 yer qazanacağı proqnozlaşdırılırdı.
Avtosfer.az xəbər verir ki, hərəkat 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmir yolu vağzalının dam örtüyünün uçması və 16 nəfərin ölməsindən sonra başlayan etirazlar fonunda formalaşıb. Korrupsiyaya qarşı mübarizə, dövlət qurumlarının siyasiləşməsinin qarşısının alınması və vətəndaş hüquqlarının qorunmasını əsas götürən tələbə hərəkatı qısa müddətdə geniş siyasi qüvvəyə çevrilib.
Vuçiç isə etirazçıları ölkədə sabitliyi pozmağa çalışmaqda ittiham edib. Siyasi fəaliyyətinə ultramillətçi mövqelərlə başlayan siyasətçi sonrakı illərdə Avropa İttifaqı, Rusiya, Çin və İsraillə münasibətləri qorumağa çalışan praqmatik lider imici formalaşdırıb.
1993-cü ildə ultramillətçi Serbiya Radikal Partiyasına qoşulan Vuçiç 2008-ci ildə Tomislav Nikoliçlə birlikdə Serbiya Tərəqqipərvər Partiyasını yaradıb. 2012-ci ildə partiya hakimiyyətə gəlib, Vuçiç isə əvvəlcə baş nazirin müavini, 2014-cü ildə baş nazir, 2017-ci ildə prezident olub. O, 2022-ci ildə yenidən prezident seçilib.
Hakimiyyət korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə vədləri versə də, tənqidçilər dövlət qurumları, media və siyasi həyat üzərində nəzarətin gücləndiyini bildiriblər. İş adamı Miroslav Mişkoviç və oğlunun maliyyə pozuntuları ittihamı ilə həbsi də bu mübarizənin diqqətçəkən nümunələrindən olub. Lakin uzun sürən məhkəmə proseslərindən sonra hər ikisi bəraət alıb və dövlət onlara kompensasiya ödəyib.
Serbiyada tələbələrin rəhbərlik etdiyi hərəkatın Aleksandar Vuçiçin uzun illər davam edən siyasi dominantlığına son qoyması ölkənin siyasi sistemində hansı dəyişikliklərə səbəb ola bilər?
Siyasi şərhçi Ülviyyə Zülfiqarlı Avtosfer.az-a açıqlamasında bildirib ki, Serbiyada tələbələrin rəhbərlik etdiyi hərəkatın nəticələri ölkənin idarəetmə sistemində ciddi dəyişikliklərə yol aça bilər. Hakimiyyət dəyişikliyi baş verərsə, ilk növbədə mexanizmlərin yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər.

"Bununla belə, Serbiyada hakimiyyətin dəyişməsi mövcud siyasi sistemin dərhal yenilənməsi demək deyil. İllər ərzində dövlət idarəçiliyində, yerli hakimiyyət orqanlarında və digər institutlarda formalaşan təsir imkanları var. Digər tərəfdən, tələbə hərəkatının müxtəlif siyasi baxışlara malik insanları birləşdirməsi gələcəkdə vahid hökumət proqramının hazırlanması və islahatların həyata keçirilməsi prosesində fikir ayrılıqları yarada bilər.
Digər mühüm məsələ siyasi sabitliyin qorunmasıdır. Mövcud hakimiyyətin getməsi onun rəhbərlik etdiyi partiyanın və tərəfdarlarının siyasi proseslərdən tamamilə kənarlaşması anlamına gəlmir. Bu baxımdan ölkədə mümkün siyasi qarşıdurmaların necə idarə ediləcəyi xüsusi əhəmiyyət daşıyacaq. Yəni, ölkədə mümkün hakimiyyət dəyişikliyinin siyasi sistemə təsiri yeni rəhbərliyin hansı institusional islahatları həyata keçirəcəyindən asılı ola bilər".
Türkan Ülvi
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO












