10 ildir tikintisi yarım qalan “Həzi Aslanov-2” stansiyasının aqibəti necə olacaq? - FOTO

Təxminən 10 il öncə “Bakı Metropoliteni” QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” metro stansiyasında işlər tamamlanmaq bilmir. Səbəbi isə heç kimə məlum deyil.
Ərazi hasara alınsa da, tikinti işləri saxlanılıb. “Həzi Aslanov-2” stansiyasının tikintisi çoxlarını sevindirsə də, görünən odur ki, əhalinin sevinci elə boğazında qalıb.
10 ildən çoxdur hasarlanan əraziyə görə sakinlər yaşadıqları evə gedərkən yollarını dəyişmək məcburiyyətində qalırlar. Ərazidə yaşayan sakinlərdən biri deyir ki, burada işlər başlayanda nəvəsi 1-ci sinfə gedirdi, bu il isə artıq məzun oldu:
“Əvvəl iş görürdülər, indi isə heç bir iş görülmür. Ərazidə obyekt sahibləri ilə yanaşı, yaşayış binalarının sakinləri də toz-torpaq içərisində əziyyət çəkirlər”.
“Həzi Aslanov-2” və həmin xətt üzrə digər yeni stansiyalarının gələcək aqibəti isə müəmmalı olaraq qalır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












