11 il sonra Səudiyyə təyyarəsi Əsəd Suriyasına gəldi - Zəlzələyə görə...

Səudiyyə Ərəbistanının zəlzələ ilə bağlı göndərdiyi yardım təyyarəsi Suriyanın Hələb şəhərinə eniş edib.
Avtosfer.az xəbər verir ki, 11 illik vətəndaş müharibəsi zamanı Əsədə qarşı silahlı müxalifəti dəstəkləyən krallıqdan havaya qalxan təyyarə Bəşər Əsəd hökumətinin nəzarətində olan ərazilərə gəlib.
35 ton ərzaq, tibbi yardım və çadırlar daşıyan təyyarə Səudiyyənin ötən həftə baş verən ölümcül zəlzələdən zərər çəkmiş suriyalılara yardım etmək üçün həyata keçirdiyi humanitar əməliyyat çərçivəsində Hələb beynəlxalq hava limanına enib.
Bildirilib ki, əməliyyat Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə həyata keçirilib.
"Səudiyyə Ərəbistanı krallığının rəhbərliyindən bizə verilən göstəriş Suriyada zəlzələdən zərər çəkmiş qardaş xalqa kömək etməkdir", - Səudiyyə nümayəndə heyətinin üzvü deyib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ Suriyada da hiss olunub və bu ölkədə 4500-dən çox insanın həyatına son qoyub.
Modern.az
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










