14 il əvvəl avtomobil satdı, 1 il əvvəl dünyadan köçdü – Cərimələrsə gəlməkdə davam edir

Avtomobilini 14 il əvvəl başqasına satan adamın ünvanına davamlı olaraq DYP tərəfindən cərimələr gəlir. Maraqlı məqam odur ki, avtomobili satan adam da artıq bir ildir ki, dünyasını dəyişib. Avtomobil istifadəçisi isə Bakıda davamlı olaraq qayda pozur. Cərimələrsə avtomobil idarə edənin yox, satanın Salyan şəhər, 20 yanvar küçəsindəki ünvanına gəlir.
Araşdırma zamanı məlum olub ki, ölən adamın adına nə az, nə çox düz 1000 manatdan yuxarı cərimə gəlib. Oğlu isə deyir ki, atam neçə ildir maşını satıb. Söhbət Salyan rayon sakini Hüseynov Elşən Fərman oğlunun düşdüyü problemdən gedir.
Şikayətçinin sözlərinə görə atası Fərman Hüseynov 2000-ci ildə qaraj müdiri işlədiyi Salyan Kənd Nəqliyyat açıq Tipli Səhimdar Cəmiyyətinə məxsus “ZİL-MMZ 4502” markalı 52-BE488 dövlət nömrə nişanlı yük maşınını özəlləşdirmə yolu ilə Bakı sakininə satıb.
Həmin avtomobilin etibarnamə müddəti 2015-ci ildə bitib.
Bundan sonra isə avtomobilə yazılan cərimələr onun atasının adına gəlir. Elşən Hüseynovun sözlərinə görə atası sağlığında sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasın deyə cərimələrin bir qismini sağlığında ödəyib.
“Salyan rayonunda 97-lər deyilən qaraj vardı. Atam qaraj müdiri işləyirdi. Maşınları əvvəl atamın adına özəlləşdirdilər. Sonra isə satışa çıxardılar. Bu ZİL maşınını isə Bakı sakini alıb. Həmən vaxtda etibarnəamə verilib 2015-ci ilədək...”
Elşən Hüeynov deyir ki, əvvəllər cərimələr atamın adına gəlirdi, artıq bir ildir ki, atam rəhmətə gedib, və yenə də cərimələr onun adına gəlir.
Deyir atam sağlığında dəfələrlə aidiyyatı üzrə müraciət etsə də məsələ həllini tapmayıb. İndi də narahatam ki, gələcəkdə atamın vərəsəsi kimi cərmələri mənə ödətdirərlər.”
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-dən Bizim.Media-ya bildirildi ki , vətəndaşın müraciəti nəzərə alınaraq mülkiyyətçisi olduğu nəqliyyat vasitəsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-in axtarış sisteminə daxil edilmiş və hal-hazırda axtarışdadır.


Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO










