150 təyyarə ilə təlim başlayır

Finlandiya, Norveç və İsveçin Hərbi Hava Qüvvələri mayın 29-dan iyunun 9-dək ən böyük “Arctic Challenge” 2023 təlimini keçirəcək.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu hərbi təlimlərə planlaşdırma və rəhbərlik üçün cavabdeh olan Finlandiya Hərbi Hava Qüvvələri rəhbərlik edir.
“Təlimdə 14 ölkənin silahlı qüvvələrinin 3000-ə yaxın hərbi qulluqçusu və 150 təyyarəsi iştirak edəcək”, - məlumatda deyilir.
Təlimlərdə Finlandiya, Norveç və İsveçlə yanaşı, Hollandiya, Belçika, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Almaniya, İsveçrə, Danimarka, Çexiya və ABŞ nümayəndələri də iştirak edəcək.
Təlimlərdə NATO nümayəndələri də öz AWACS təyyarələri ilə iştirak edəcəklər. Tədbirlərdə həmçinin nəqliyyat təyyarələri, yanacaq dolduran təyyarələr də iştirak edəcək.
Lent.az
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












