17 yaşlı Ləmanın ölümünə səbəb olan sürücü həbs edildi - FOTO

Ötən il sentyabrın 3-də Neftçalada taksi kimi idarə etdiyi “Vaz 2106” markalı avtomobillə ağır qəza törədən rayonun Xıllı qəsəbə sakini, 1959-cu il təvəllüdlü İbrahim İbrahimova hökm oxunub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, İ.İbrahimov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Neftçala Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında olan İ.İbrahimov hökm elan ediləndən sonra məhkəmə zalındaca həbs edilib.
Hadisəyə gəlincə, araşdırmalar zamanı məlum olub ki, İ.İbrahimov hadisə baş verən gün həmkəndliləri olan ailə üzvlərini Neftçaladan Salyan Rayon Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanadan geri qayıdarkən o, avtomobillə idarəetməni itirib və “Vaz 2106” markalı maşını yol kənarındakı “Kia Sorento”ya, daha sonra mağazaya çırpılıb. Nəticədə arxa oturacaqdakı sərnişinlərdən 17 yaşlı Ləman Məmmədova aldığı xəsarətlərdən vəfat edib. Onun bacısı və xalası isə nisbətən yüngül xəsarət alıb.
Həmçinin o da məlum olub ki, İbrahim İbrahimov epilepsiyadan əziyyət çəkir və vaxtaşırı qıcolmaları olur. Onun daha əvvəl də bir neçə dəfə qəza törətdiyi bildirilib. Məhkəmədə İ.İbrahimov hadisə vaxtı onda qıcolma baş verdiyini etiraf edib. Mərhum L.Məmmədovun valideynləri qıcolması olan şəxsin taksi fəaliyyəti göstərməsinin qəbulolunmaz olduğunu bildiriblər və ona ağır cəza verilməsini xahiş ediblər.
Qeyd edək ki, hadisədə vəfat edən L.Məmmədovu orta məktəbi yenicə bitiribmiş.
Qafqazinfo

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










