1902-ci ildə Azərbaycanda velosiped və mühərrik reklamı - FOTO

O zaman hələ ki Azərbaycan adlı dövlət yox idi. İrəvan və Gümrü də azərbaycanlıların sıx məskunlaşdığı şəhərlər idi. Hər 2 şəhər Rusiya İmperiyasının bir parçası olan Qafqaz canişinliyinin vacib yaşayış məntəqələrindən idi. Bir qədər də geriyə qayıdaq.
Avtosfer.az xəbər verir ki, Rusiya imperiyası 1845–1916-cı illərdə Tiflisdə “Qafqaz təqvimi” (rus. «Кавказскій календарь») adlanan illik kitab seriyası nəşri etdirib. Bu, Qafqazda nəşr olunan ilk kitab seriyası idi. İş adamları öz reklamlarını bu kitab/məlumat kitabçası seriyasına saldırmağa səy göstəriblər. Burada telefondan tutmuş, fotoşəkil çəkilişinə, elektrik lampalarından tutmuş Zinger paltartikən maşınadək bütün texnoloji yeniliklər əksini tapırdı.
Mənim diqqətimi çəkən təqvimin 1902-ci ilə aid nümunəsindəki velosiped və tikiş maşını reklamı oldu. Reklamda göstərilir ki, Edelson və Kuperman Qardaşlarının Ticarət evi Almaniya və ABŞ istehsalı olan velosipedlər və tikiş maşınları təqdim edir. Satılan məhsullara 5 il (!) zəmanət verilir, servis və ehtiyat hissələr mövcuddur. Bir sözlə, satış və xidmət sistemi indikindən fərqlənmir.
Ticarət Evinin Tiflisdə, Bakıda, İrəvanda, Aleksandropolda (Gümrü), Mixaylovoda (Ryazan quberniyası) və TƏBRİZDƏ nümayəndəlikləri mövcuddur. Maraqlıdır ki, reklamda ölkə kimi İran deyil, Persiya yazılıb.
Bakıdakı ünvanı isə tapmaq mümkün oldu. Reklamda göstərilir ki, Bakıdakı ofis məşhur Qafqaz və Merkuri Cəmiyyətinin binası ilə üzbəüz yerləşir. Qafqaz və Merkurinin binasında hazırda Dənizçilik Akademiyasının yerləşdiyini nəzərə alsaq deyə bilərik ki, sözügedən satış yeri Zərifə Əliyeva prospekti 63 ünvanında, hazırki Kapital Bankın yerləşdiyi tarixi binada qərar tutub.
Bundan başqa, təqvimdəki reklamlardan məlum olur ki, Bakıda kerosin və benzin mühərriklərinin, turbinlərin satışı və servisi də mövcud olub.
Bu da bizim texnologiya tariximizin bir hissəsi.
Fotolara görə Elşən Mustafayevə təşəkkür edirik.
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR











