2022-ci ildə dünyada öldürülən jurnalistlərin sayı açıqlandı

Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada olan Beynəlxalq Mətbuat İnstitutu (IPI) bu il peşələrinə görə öldürülən mətbuat mənsubları ilə bağlı məlumatlar paylaşıb.
2022-ci ilin jurnalistlərin təhlükəsizliyi üçün “məhvedici” il olduğunu qeyd edən IPI bu il 66 jurnalist və mətbuat işçisinin işini görərkən həlak olduğunu açıqlayıb.
Açıqlamada 2021-ci ildə öldürülən jurnalistlərin sayının 45 olduğu, bu il isə 66-ya yüksəldiyi bildirilərək, bu həyəcanverici artıma diqqət çəkilib.
Bu il 14 jurnalistin Meksikada, 9 mətbuat mənsubunun Rusiya-Ukrayna müharibəsini izləyərkən öldürüldüyü barədə məlumatı paylaşan IPI sayın artmasında bu iki bölgədəki itkilərin ciddi rol oynadığını bildirib.
IPI bütün dünyadakı hakimiyyət orqanlarını cəzasızlığa son qoyulmasına və jurnalistlərin müdafiəsini təmin etməyə çağırır.
Qeyd edilib ki, IPI 1997-ci ildən etibarən qətlə yetirilən jurnalistlərlə bağlı hesabat və araşdırmalar aparır.
Jurnalistlərə qarşı zorakılığın qlobal problem olması və günahkarların cəzasız qalmasının zorakılığa yol açdığı vurğulanıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












