2025-ci ilin ilk iki ayında əhali nə qədər xərcləyib?

2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 241.2 milyon manatlıq, o cümlədən 5 066.9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 174.3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.8 faiz, qeyri-ərzaq malları üzrə 6.2 faiz artıb.
2025-ci ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarının, 4.8 faizi içkilər və tütün məmulatlarının, 15.1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil benzini və dizel yanacağının, 4.6 faizi elektrik malları və mebellərin, 2.5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3.8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.7 faizini təşkil edib.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7.6 faiz, fərdi sahibkarlar üzrə 1.7 faiz, bazar və yarmarkalarda isə 3.4 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451.8 manatlıq, o cümlədən 247.7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204.1 manatlıq qeyri-ərzaq malları alıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












