Banner

2042-ci də 41 000 təyyarəyə ehtiyac olacaq - FOTO

Xəbərlər 16 İyun 2023 19:20 Oxunub 714
2042-ci də 41 000 təyyarəyə ehtiyac olacaq  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gələn həftə Parisdə məşhur Burje aviasalonu ziyartətçilərin üzünə açılacaq. Bu ərəfədə isə böyük istehsalçılar hesabat və proqnoz təqdim edirlər. Proqnozlardan görünür ki, koronavirus pandemiyasının aradan qalxması həm sərnişin daşınması, həm də təyyarə istehsalında artım yaradıb. Təyyarə şirkətləri illər əvvəl sifariş etdikləri texnikaları təhvil alır. Bəs təyyarə bazarında cari vəziyyət necədir? Yaxın 20 ildə bazarda nələr baş verəcək?

İyunun 19-da Parisdə məşhur le Burje aviasalonu ziyarətçiləri qəbul edəcək. Avtosfer.az-ın xəbərinə görə, 47 ölkədən 2500 stendin olacağı sərgidə 160-dan çox təyyarə və helikopter nümayişə çıxarılacaq. Aviaşounun tarixində ilk dəfə olaraq Rusiya tədbirə dəvət almayıb. 

Bu həftə isə Avropanın ən böyük aeronavtika istehsalçısı “Airbus” yaxın 20 illə bağlı proqnozunu açıqlayıb. Şirkətin proqnozuna görə 2042-ci ilıədək dünyada 40 850 yeni yük və sərnişin təyyarəsinə ehtiyac olacaq. Bununla da qlobal aviadonanma 46 600 maşından ibarət olacaq. Müqayisə üçün deyək ki, 2020-ci ilin yanvarın 1-də dünyada 22 880 təyyarə istismar olunurdu.  

Burda maraqlı məqam da var. Artan sərnişin sayını qarşılamaq üçün nəzərdə tutulan təzə maşınların sayı 23 680 olacağı ehtimal edilir. Halbuki istismarda olan hava gəmilərini yenilənmək üçün 17 170 maşına ehtiyac olacaq. Halbuki ötənilki proqnozda bu rəqəm 15 000 idi. Hazırda istifadədə olan 5 710 təyyarə 2042-ci ilədək istismarda qalacaq. Ötən ilin proqnozunda isə rəqəm 7440 idi. “Airbus”un baş direktoru Qiyom Fori:  “İstehsalçılar sifarişlərin yerinə yetirilməsi gücünü tam bərpa edib. Biz sifarişlərin artdığını da müşahidə edirik. Lakin söhbət daha çox donanmanın yenilənməsindən, az yanacaq sərf edən təyyarələrlə əvəzlənmədən gedir. Bu əvəzlənmə tempi inkişaf etmiş bazarlarda daha sürətlə gedir”. 

Proqnoz 6 min müxtəlif ssenarinin təhlili əsasında hazırlanıb. Əsas amil kimi yanacaq qiymətlərinin artımı götürülüb. Həmçinin orta qiymət kimi qlobal ümumi daxili məhsulun hər il 2,5%, aviasiya sektorunun isə 3,6% böyüməsi əsas götürülüb. 

Proqnoza görə yaxın 20 il ərzində aviasiyada sərnişin trafiki Hindistanda 5, Çində isə 3,3 dəfə artacaq. Avropadaxili uçuşlarda isə cəmi 1,3 dəfə artım gözlənilir. Bu da geriləmə kimi qəbul edilməməlidir. Sadəcə olaraq, avropalılar üçün get-gedə qatar təyyarədən daha cəlbedici görünür. Digər tərəfdən, əksər ölkələr ekologiyanı əsas gətirərək yüksək sürətli qatarla 1 -1,5 saata gediləcək destinasiyalara təyyarə səfərlərini ləğv edir.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh