211 saylı marşrut xəttinə niyə avtobus tapılmır? - “Bakubus”dan Maraqlı CAVAB

“211 nömrəli avtobus marşrutunda intervala qətiyyən əməl edilmir”.
Bunu Bizim.Media-ya şikayətində paytaxt sakini Elşad Məmmədov deyib.
O bildirib ki, saat 18:00-dan sonra xəttəki avtobusların sayı sürətlə aşağı düşür:
“Bəzən elə olur ki, interval bir saata qədər uzanır. Bu da həm narazılıq, həm də narahatçılıq yaradır. Sürücülərə irad bildirəndə deyirlər ki, bizdik heç nə yoxdur, Qaynar xəttə də düşmək olmur”.
Məsələ ilə bağlı “Bakubus” MMC ilə əlaqə saxladıq. Qurumun rəhbəri Elnur Qarayevinsə cavabı çox qəribə oldu:
“Sərnişin sizə niyə müraciət edir? Qoy bizim qaynar xəttə zəng eləsin də...”
Elnur bəyə izah etdik ki, sərnişin iradını sürücülərə də bildirib. Qaynar xəttə isə düşə bilməyib. Ona görə də bizə müraciət edib.
Bundan sonra o “Bakubus”un vəziyyəti araşdıracaqlarını və əlavə məlumat verəcəklərini bildirdi. Qeyd edək ki, fevralın 1-də gediş haqlarının artımı ilə bağlı Bizim.Media-ya açıqlama verən Elnur Qarayev bildirmişdi ki, artan qiymət hesabına yaxın zamanlarda istismarı dayandırılmış avtobuslar təmir edilib yenidən xəttə qaytarılacaq, intervalda olan problem aradan qalxacaq.
Çox təəssüf ki, Elnur bəyin 20 gün əvvəl verdiyi vəd yadından çıxıb.
Məsələni gündəmdə saxlayacağıq.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












