3 yaşlı oğlunu və anasını itirən musiqiçi: "Qəzadan 5 dəqiqə əvvəl danışdım" - VİDEO

Musiqiçi Bayram Bağırsoy ailə üzvlərini itirdiyi qəzadan danışıb.
"AStar" layihəsinə qonaq olan Bayram anası ilə qəzadan 5 dəqiqə əvvəl danışdığını bildirib:
"Maşın getdiyi yerdə tüstüləyib. Qorxublar. Maşını sağa çəkiblər, görüblər artıq alovlanır. Həmin vaxt anam mənə görüntülü zəng vurmuşdu. Uşaq qorxmuşdu. Ağlayırdı. Videogörüntülü danışan zaman uşağı sakitəşdirdim. Üzərindən 5 dəqiqə keçdikdən sonra maşına oturublar. KamAZ gəlib avtomobilə çırpılıb".
Qeyd edək ki, aprelin 6-da Bakı-Salyan yolundakı qəzada həyatını itirənlərdən ikisi tanınmış musiqiçi Bayram Bağırsoyun ailə üzvləri olub. Bədbəxt hadisə zamanı onun anası və üç yaşlı oğlu Bayhan vəfat edib.
Bakı-Salyan yolunda baş verən qəzada “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. (baku.vs)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












