30-cu illərin Azərbaycanında evdə müayinə

Hazırda bəzi özəl tibb müəssisələri evdə xidmət təklif edir. Bu xidmət bir yenilik kimi reklam olunur. Amma yaxın tariximizə nəzər yetirsək görərik ki, bu heç də yenilik deyilmiş.
Avtosfer.az-ın xəbərinə görə, belə bir tibbi xidmət ölkəmizdə (başlıca olaraq Bakıda) 30-cu illərdə mövcud imiş. Bunu arxivlərdən çıxardığımız bir foto da təsdiq edir. Fotonun dəqiq tarixini bilməsək də, əlifbaya, avtomobilin markasına və nömrə nişanına görə təxmini tarix çıxarmaq mümkündür.
Başlayaq əlifbadan. “Evdə tibbi yardım” sözü Azərbaycan və rus dillərində yazılıb. Latın qrafikası bunu deməyə əsas verir ki, foto ən geci 1940-cı illərin əvvəllərinə aiddir.
Nömrə nişanına gəldikdə, АЗ (AZ) seriyalı qara nömrələr Azərbaycan SSR-də 1934-cü ildən sonra verilməyə başlayıb. QAZ M-1 avtomobilləri isə 1936-1942-ci illərdə istehsal edilib. Azərbaycana isə bu maşınlar 1936-cı ilin ikinci yarısında gətirilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq fotonun 1937-1940-cı illərdə çəkildiyini deyə bilərik.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












