Bu proqramları telefonunuzdan dərhal silin, yoxsa...

Mobil telefon istifadəçiləri tərəfindən milyonlarla dəfə endirilən bəzi proqramlar barədə xəbərdarlıq edilib və onların telefonlardan silinməsi məsləhət görülüb.
Bəzi android proqramları antivirus şirkəti tərəfindən zərərli proqram və reklam proqramlarının yayılması kimi aşkar edilib. Nəhəng şirkətlərə hücum edərək böyük itkilərə səbəb olan bu təcavüzkarlar indi də ağıllı cihazlarımız vasitəsilə təhlükəsizliyimizi təhdid etməyə başlayıblar.
Google sözçüsü Toms Guide xəbərinə görə, "Google Play Store"də daha bir zərərli android proqramları qrupu aşkar edilib.
Bildirilib ki, ilk dəfə antivirus şirkəti tərəfindən kəşf edilən bu proqramlar istifadəçiləri aldatmaq üçün kommunal proqramlar və optimallaşdırıcılar kimi görünür.
Sözügedən proqramlar aşağıdakılardır:
Bluetooth device auto connect
Bluetooth Wi-Fi USB driver
Volume, Music Equalizer
Fast Cleaner Cooling Master
Bildirilib ki, bütün zərərli proqramlar "Google" tərəfindən "Play Store"dən silinib. Bununla belə, əgər sizin planşetinizdə və ya smartfonunuzda bunlardan hər hansı biri quraşdırılıbsa, cihazlarınız və məlumatlarınız üçün yarana biləcək təhlükələrdən qaçmaq üçün onları dərhal silməlisiniz. (gundem.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












