3D printerlə hazırlanmış raket kosmosda uğursuz oldu

"Relativity Space"in dünyanın ilk 3D çap raketini buraxmaq planı iflasa uğrayıb. Şənbə günü həyata keçirilən sınaq çərçivəsində "Terran 1" adlı raket iki uğursuz cəhd edib.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, raketi havaya qaldırma cəhdi hava pozuntuları səbəbindən gecikib.
Bu iki uğursuzluğa baxmayaraq, son bir cəhd daha edilib, lakin şirkət "Terran 1"in mühərriklərini alovlandıra bilmədiyini anladıqdan sonra atış cəhdi ləğv olunub.
"Terran 1"in , bütün materialları və 10 mühərriki daxil olmaqla kütləsinin 85 faizini təşkil edən 3D çap edilmiş raketdir. Şirkət "Terran 1" raketini cəmi 60 gün ərzində hazırladığını və xüsusi missiyaların tamamlanmasının təxminən 12 milyon dollara başa gəldiyini açıqlayıb.
"Relativity Space"in başqa bir məqsədi kosmik gəminin təxminən 90 faizini 3D çap edilmiş hissələrdən hazırlamaqdır. 3D çap edilmiş raketin yeni buraxılış sınağının nə vaxt keçiriləcəyi ilə bağlı təfərrüatlar hazırda qeyri-müəyyəndir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












