40 minlik maşın sürən Tərlan Novxani: “Dollar qalxdı, evim yıxıldı” - VİDEO

“Hazırda sürdüyüm avtomobilin qiyməti 40 min manatdır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri meyxanaçı Tərlan Novxani qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Söz ustadı bildirib ki, illər əvvəl dolların kəskin dərəcədə qalxması onu külli miqdarda borca salıb:
“İllər əvvəl bankdan kredit götürüb, avtomobil almışdım. Gəldi elə bir dönəmə düşdü ki, dünyada baş verən proses idi, dollar manat qarşılığında kəskin şəkildə qalxdı və evim yıxıldı. O zamanlar isə ailəmi dolandırmaq üçün sürücü, anbardar kimi çalışırdım. Özümə söz verdim ki, bir də bankdan kredit götürməyəcəyəm. Kredit söhbəti birdəfəlik mənim üçün bağlandı. Amma indi elə olur ki, avtomobili dəyişmək istəyəndə, dostlarımızın avtosalonlarına borclu qalırıq. O başqa bir şeydir. Bank məsələsi ilə başqadır. Vaxtlı-vaxtında borcunu ödəməlisən. Ödəmədinsə, üstünə faiz gəlir”.
Bizim.Media
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












