50 il sürücülük vəsiqəsi olmadan maşın sürdü

Böyük Britaniyanın Derbişir qraflığında polis 50 ildən çox sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 69 yaşlı kişini həbs edib.
Avtosfer.az-ın xəbərinə görə, polis bir neçə qayda pozuntusuna yol verdiyi üçün sürücünü saxlayıb. Yoxlama zamanı məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur. Məlum olub ki, britaniyalı 19 yaşından avtomobil idarə edirmiş, baxmayaraq ki, o, heç vaxt imtahandan keçməyib və nəqliyyat vasitəsini idarə etmək üçün icazə almayıb. O, sığorta şirkətlərini lazımi sənədlərin əlində olduğunu deyərək aldadıb. Bütün bu illər ərzində o, sürücülük vəsiqəsinin olmaması ilə dostları arasında və ailəsində öyünürmüş.
Polis britaniyalının avtomobilini müsadirə edib və onu cinayətlərdə ittiham edib. “Nəhayət, bu qəbuledilməz davranış dayandırıldı. Əgər o, qəzaya düşsəydi və biz təzminat ödəsəydik, ondan bütün məbləği geri qaytarmasını tələb edərdik”, –Avtomobil Sığortaçıları Bürosunun sözçüsü Pol Farli bildirib.
Lent.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












