Altı tonluq maşının altında qaldığı üçün ağır yaralanan ulduz evinə buraxıldı - FOTO - VİDEO

“Marvel” kainatındakı “Qisasçılar” (“The Avengers”) filmində “Şahingöz” obrazını canlandıran amerikalı aktyor Ceremi Renner xəstəxanadan evə buraxılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Hollivud uduzu özünün “Twitter” hesabından xəbər verib.
“Beynim hələ dumanlı olsa da və sağalma mərhələsində olsam da, ailəmlə birlikdə evdə (“Mayor of Kingstown” serialının) ikinci mövsümünün ilk seriyasını həyəcanla izlədim”, - deyə Renner bildirib.
Qeyd edək ki, aktyor sözügedən serialda baş rolu oynayır.
Xatırladaq ki, aktyor Nevada ştatının Reno şəhərindəki evinin qarşısında qar təmizləyərkən qəzaya uğrayıb: 6,5 tonluq qartəmizləyən maşın onun üstündən keçib. Nəricədə ağır yaralanan, çoxlu qan itirən Renner xəstəxanaya yerləşdirilib. KİV-də yayılan məlumatlara görə, həkimlər Cereminin döş qəfəsindən aldığı zədənin öhdəsindən gələ biliblər, lakin ayağının vəziyyəti yaxşı deyil - aktyor ayağını itirə bilər.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











