8 yaşlı Zəminədən Prezidentə: “Sizdən yeni-yeni yaxşı xəbərlər gözləyirik”

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərində qazandığı layiqli qələbələr xalqımızda ruh yüksəkliyi yaradır, insanlarımızın Ordumuza olan inamını bir daha artırır. Təsadüfi deyil ki, istənilən yaş kateqoriyasından olan vətəndaşlarımız müxtəlif videoçarxlar, yazılar və şüarlar vasitəsilə hərbçilərimizə dəstəyini nümayiş etdirir. Vətən sevgisi təkcə gənc və yaşlılarımızda deyil, məktəb şagirdlərində də özünü aydın şəkildə büruzə verir. Belə məktəblilərdən biri də 8 yaşlı Zəminə Ağacanlıdır.
Zəminə Bakı şəhərində 55 saylı tam orta məktəbdə oxuyur. Uşaq yaşlarından vətənpərvər ruhda böyüyən Zəminə indi də hazırladığı videoçarxlar vasitəsilə əsgərlərimizə dəstəyini ifadə edir. O, bu yaxınlarda Ali Baş Komandan İlham Əliyevə məktub da yazıb:
“Mən Ağacanlı Zəminə Vüqar qızı Bakı şəhəri, Xətai rayon 55 saylı tam orta məktəbin 3-cü sinif şagirdiyəm. Hər gün televiziyadan Sizi izləyirəm. Sizin verdiyiniz hər bir şad xəbər məni və ailəmi çox sevindirir. Ali Baş Komandan, Sizi çox istəyirəm. Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiz. Sizin sayənizdə bizim güclü ordumuz var. Biz Sizə çox arxalanırıq. İnanırıq ki, torpaqlarımızın hamısını geri qaytaracaqsınız. Döyüşdə olan əsgərlərimizi də, Sizi də Allah qorusun. İnşallah tezliklə öz torpaqlarımızın hamısına qayıdacağıq. Sizdən yeni-yeni yaxşı xəbərlər gözləyirik. Bizi tez-tez sevindirin. Bir daha özümün və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı





















