90 nömrəli məktəbdə “Narkomaniyaya yox deyirik!” mövzusunda tədbir keçirildi - FOTO

Sabunçu rayonunda Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə Sabunçu Rayon Polis İdarəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə “Narkomaniyaya yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, Dövlət Himninin sələnməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən və maarifləndirici təbirlərin əhəmiyyətindən danışıb.
Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov isə rayon ərazisində polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış fəaliyyətinə diqqət çəkərək, sosial şəbəkə üzərindən narkotik vasitələrin təbliğ edilməsi cəhdlərinə toxunub. Məktəbliləri ayıq-sayığ olmağa çağıran idarə rəisi yuxarı sinif şagirdlərini Polis Akademiyasına qəbul olmaqla, polisin qətiyyətli mübarizəsinə qoşula və sağlam cəmiyyətin formalaşmasında yaxından iştirak edə biləcəklərini də vurğulayıb. Bildirilib ki, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi DİN rəhbərliyinin də diqqət mərkəzindədir.
DİN Mətbuat Xidmətinin rəis müvaini, polis polkovnik-leytenantı Hafiz Təmirov daxili işlər orqanlarının ictimaiyyət tərəfindən dəstəklənməsinin, xüsusən cəmiyyətin aparıcı olan gənclərin maarifləndirici tədbirlərdə iştirak etməsinin vacib olduğunu, son dövlər də bu dəstəyin nəzərəçarpacaq qədər artdığını qeyd edib. O, birgə səylərin səmərə verəcəyinə əminliyini ifadə edib.
Paytaxtda gəncləri narkomaniya və erkən nikahdan, digər zərərli vərdişlərdən çəkindirmək üçün keçirilən tədbirlər barədə çıxış edən Bakı şəhər BPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova da yalnız birgə fəaliyyət sayəsində qlobal probelmin həll edilə biləcəyini, aparılan mübarizənin daha səmərəli olacağını deyib.
Movzu ətrafında çıxış edən həkim-narkoloq Rövşən Kərimli və psixoloq Ofeliya Məmmədova narkotik vasitələrin insan orqanizmində törətdiyi fəsadlar barədə ətraflı məlumat veriblər.
Daha sonra məktəblilər mövzuya aid səhnəcik nümayiş etdiriblər.
Sonda isə onları maraqlandıran suallar cavablandırılıb, fəallıq göstərən şagirdlərə Polis İdarəsinin rəisi tərəfindən diplomlar təqdim olunub.
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO


















