AAYDA çirkab sularının dənizə axıdılması barədə məlumatlara aydınlıq gətirib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama yayıb.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, bu gün Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "7 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə məxsus boru vasitəsilə çirkab suyun dənizə axıdılması ilə bağlı kifayət qədər dolğun olmayan və agentliyin nüfuzuna xələl gətirən məlumat yayılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bildiririk ki, agentliyin çirkab suların formalaşmasına gətirib çıxara biləcək və bu suların təmizlənmədən axıdılmasına səbəb ola biləcək heç bir təsərrüfat sahəsi mövcud deyil.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qeyd etdiyi ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nasosxana fəaliyyət göstərir. Sözügedən nasosxana 2013-cü ildə Buzovna-Mərdəkan-Şüvəlan-Qala avtomobil yolunda inşa edilib. Məqsəd sözügedən yol üzərində yerləşən yol qovşağında formalaşan qrunt və yağış sularını drenaj vasitəsilə nasosxananın su anbarına yığmaqdır. Anbara yığılan su qrunt və yağış suları olduğu üçün əlavə təmizlənməsinə gərək olmadan oradan isə 4715 p/m uzunluğa malik boru vasitəsilə dənizə axıdılır.
Lakin son vaxtlar sözügedən xəttə kənar müdaxilə ilə çirkab suların axıdılması müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, kənar müdaxilə çirkab suları xüsusi maşınlar vasitəsilə fərdi yaşayış evlərindən çəkərək daşıyan bəzi sürücülər tərəfindən edilir. Belə ki, həmin sürücülər tərəfindən çirkab suları qrunt və yağış suları üçün nəzərdə tutulmuş sözügedən drenaj xətlərinə axıdılır.
Artıq drenaj xəttinə müdaxilə olunan nöqtə aşkar edilib və agentlik tərəfindən həmin ərazi nəzarətə götürülüb.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












