Banner

Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı

Avtodünya 16 Noyabr 2026 23:46
Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
WhatsApp kanalımıza abunə olun

Amerikanın “Tesla” şirkəti sükan və pedalları olmayan pilotsuz elektrik avtomobili "Cybercab"ı fərdi şəxslərə satmağa başlayıb. Lakin avtomobildən istifadə yalnız şirkətin eyniadlı robotaksi xidmətinin fəaliyyət göstərdiyi ABŞ şəhərlərində mümkün olacaq.

Avtosfer.az xəbər verir ki, "Cybercab"ın fərdi istifadə üçün qiyməti 29 990 dollar təşkil edir. Avtomobili almaqla yanaşı, sahiblər avtonom idarəetmə sistemi üçün ayrıca ödənişli abunə də əldə etməlidirlər. Bunun aylıq qiyməti 299 dollardır.

İstehsalçı ilkin mərhələdə avtomobillərin məhdud sayda satışa çıxarılacağını bildirib.

"Cybercab"ın istehsalı Texas ştatındakı Gigafactory zavodunda təşkil ediləcək. Yeni layihəyə yer açmaq məqsədilə burada "Cybertruck" pikaplarının yığılmasının dayandırılması planlaşdırılır. Bu prosesin 2027-ci ilin ortalarında başlaması nəzərdə tutulur.

Bundan əvvəl “Tesla” rəhbəri İlon Mask pikap sifariş etmiş bir çox müştəriyə əvvəlcədən ödənilmiş məbləğin geri qaytarılmasının lazım gələcəyini bildirmişdi. Lakin bir müddət sonra o, "Cybertruck" istehsalının 2027-ci ilin yayının sonunadək davam etdirilməsi barədə qərar qəbul edib.

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh