AAYDA: “Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlər 2025-ci ildə başa çatacaq”

“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda işlərin 31%-i tamamlanıb, yolun yenidən qurulmasının 2025-ci ildə başa çatdırılması planlaşdırılır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov bildirib.
“Bu yol respublika əhəmiyyətlidir, 1970-ci ildə inşa edilib. Yol 2 zolaqdan 4 zolağa genişləndirilir. Hazırda yolda işlər davam etdirilir, 1 aşırım, 1 tunel, 1 asma körpü və 15 körpü inşa edilir. Tunel sürüşmələrin qarşısını kəsmək məqsədi daşıyır”, - deyə o qeyd edib.
Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir. II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












