ABŞ-a uçan Çin təyyarələri Rusiya hava məkanından yan keçməyə başladı - "Reuters"

ABŞ-a uçan Çin aviaşirkətləri Rusiya hava məkanı üzərindən uçuşlardan yayınmağa başlayıb.
Bu barədə Reuters agentliyi FlightAware uçuş izləmə xidmətinin və sənaye mənbələrinin məlumatlarına istinadən yazır.
Söhbət bu yaxınlarda ABŞ səlahiyyətliləri tərəfindən təsdiqlənmiş uçuşlardan gedir.
Belə ki, may ayında ABŞ Nəqliyyat Nazirliyi Rusiyanın hava məkanına təsir etməyən həftəlik yeni reysləri təsdiqləyib: Air China (Pekin – Nyu York), China Eastern (Şanxay - Los Anceles), Xiamen Airlines (Xiamen - Los Angeles) və China Southern (Quançjou - Los Anceles). ABŞ həmçinin Çin aviaşirkətlərinə həftədə 12 gediş-dönüş uçuşu həyata keçirməyə icazə verib.
Bundan əvvəl senatorlar Robert Menendez və Ceyms Riş ABŞ-a uçan Çin aviaşirkətlərinin Rusiya ərazisi üzərindən uçuşlarını qadağan etmək çağırışı ilə çıxış ediblər. Daha sonra ABŞ Nəqliyyat Departamenti müvafiq əmr layihəsi hazırlayıb, - "The New York Times" yazır.
Xatırladaq ki, 2022-ci ildə Rusiya bəzi ölkələr üçün hava məkanını Rusiya təyyarələri üçün bağlamasına cavab olaraq hava məkanını bağlamışdı.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












