ABŞ-da benzinin qiyməti ucuzlaşıb

ABŞ-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti ötən illə müqayisədə ucuzlaşıb.
Avtosfer.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, Birləşmiş Ştatlarda benzinin orta qiyməti son həftə ərzində 14 sent, son ayda isə 47 sent ucuzlaşıb. Hazırda bir qallon (3,78541 litr) benzinin orta qiyməti 3,33 dollardır. İyun ayında qiymət 5 dollardan yuxarı qalxaraq ölkə tarixində rekord həddə çatmışdı.
Enerji qiymətlərinin ucuzlaşması ABŞ-da inflyasiyanın azalmasına səbəb olub. Lakin analitiklər Avropanın Rusiya neftinə tətbiq etdiyi embarqonun bazarda qeyri-sabitliyə gətirib çıxaracağını düşünürdülər. Buna baxmayaraq, dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Qeyd edək ki, bu həftə “Brent” markalı neftin fyuçersləri 10 faizə yaxın ucuzlaşaraq ilin ən aşağı səviyyəsinə enib.
azertac
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR











