ABŞ-dan İrana yeni sanksiyalar

ABŞ İran neft və neft-kimya məhsullarını satan və ya satan 6 şirkətə qarşı sanksiya tətbiq edib.
Bu haqda ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada, sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu bildirilib. Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalar dairəsinə daxil edildiyi qeyd olunub.
ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada, “ABŞ İranın enerji ixracatını əhəmiyyətli dərəcədə azaltmaqda qərarlıdır. İranın neft və neft-kimya ticarətini asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək”, - deyib.
“Bu qərar bizim İrana qarşı sanksiyaların tətbiqi səylərimizi gücləndirir. Biz sanksiyalarımızdan yan keçməyə çalışanlara qarşı tədbir görməkdən çəkinməyəcəyik”, - Blinken əlavə edib. (qafqazinfo)
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












