ABŞ Dövlət Departamenti Türkiyəyə F-16-ların satışı üçün Konqresə müraciət etdi

ABŞ Dövlət Departamenti Türkiyəyə yeni “F-16” qırıcılarının satışına və hazırda Ankaraya məxsus olan eyni tipli təyyarələrin modernizasiya olunmasına icazə verilməsi üçün Konqresə müraciət edib.
Bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata görə, departament bununla bağlı qərar layihəsini Nümayəndələr Palatası və Senatın müvafiq komitələrinin rəhbərlərinə və təcrübəli üzvlərinə təqdim edib, ilkin qiymətləndirilməsinin aparılmasını istəyib.
Dövlət Departamentinin bu xəbəri gələn həftə rəsmi şəkildə açıqlayacağı gözlənilir.
Xatırladaq ki, ABŞ-ın xarici ölkələrə silah, sursat və digər hərbi təyinatlı məhsullar satmasına Konqres icazə verməlidir. Qanunverici orqan NATO üzvü olan ölkələrə silah satışı ilə bağlı mövqeyini 15 gün, Alyansdan kənar dövlətlər üzrə isə 30 gün ərzində bildirir. (report)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












