ABŞ dronları Rusiyanın hərbi cinayətlərini sənədləşdirəcək

Amerika Birləşmiş Ştatları Ukraynaya doqquz ədəd “Skydio” dronu verəcək.
Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) saytında məlumat verilib.
Bu dronlar Baş Prokurorluq Ofisinə Rusiyanın hərbi cinayətləri ilə bağlı sübutların toplanmasına kömək edəcək.
“Bu dronlar Baş Prokurorluq Ofisinə mülki infrastrukturun dağıdılması ilə bağlı 115 mindən çox hadisəni, eləcə də cəbhəyanı icmalarda və işğaldan azad edilmiş ərazilərdə insan hüquqlarının pozulması faktlarını sənədləşdirməyə kömək edəcək. Bu pilotsuz təyyarələr Baş Prokurorluğun komandası üçün olduqca vacib əhəmiyyət kəsb edir. Çünki onlar Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən törədilən müharibə cinayətləri və insan hüquqlarının pozulması hallarını yaşamış insanlar üçün ədalət axtarışındadırlar”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “Skydio 2+” dronları 4K kameraya malikdir. Onlardan foto və videomaterialların köməyi ilə rusiyalıların hərbi cinayətlərinin sənədləşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Haaqada Ukraynaya qarşı təcavüz cinayətlərinin mühakiməsi üzrə Beynəlxalq Mərkəz fəaliyyətə başlayıb. Bu mərkəz Rusiyanın Ukraynaya müdaxiləsinin araşdırılmasında açar rolunu oynayacaq və gələcək məhkəmələr üçün işlərin yaradılmasına töhfə verəcək.
Mənbə: ZN.ua
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












