ABŞ ən bahalı bombardmançı təyyarələrin uçuşlarını dayandırdı - FOTO

ABŞ Hərbi Hava Qüvvələri dünyanın ən bahalı təyyarələri olan “B-2” “Spirit” bombardmançı təyyarələrinin iyirmisinin də uçuşunu dayandırıb.
Buna səbəb təhlükəsizliklə bağlı yaranan problemlər və bu səbəbdən aparılan yoxlamalardır.
Bu barədə Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Bet Del Vekkio məlumat verib.
O qeyd edib ki, təyyarələrdən biri uçuş zamanı nasazlıq səbəbindən təcili eniş etməyə məcbur olub və buna görə də “B-2” üçün yeganə uçuş-enmə zolağı bağlanıb.
Del Vekkio bildirib ki, komandanlıq bütün donanmanın uçuşlarının dayandırılması barədə qərar qəbul edib. Bu fasilənin nə qədər davam edəcəyi məlum deyil. Çünki baş verən hər hadisənin səciyyəvi xüsusiyyətləri var və gələcəkdə riskləri minimuma endirmək üçün qiymətləndirmələr aparılır.
“Təhlükəsizlik məsələləri ilə bağlı təhqiqatlar başa çatdıqdan sonra normal iş fəaliyyətini bərpa edəcəyik”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi əlavə edib.
oxu.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











