ABŞ F-16-larının Türkiyəyə satışı şərtləri açıqlanıb

Türkiyəyə Amerikanın F-16 qırıcılarını satılması İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesindən, Ukraynadakı hadisələrdən və Ankara ilə Dəməşq arasındakı münasibətlərin normallaşmasından asılı olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Hürriyyet” qəzeti yazıb.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması prosesi Ankara və Vaşinqton arasında F-16 qırıcıları ilə bağlı razılaşmadan ayrı getməlidir.
"Türkiyənin seçki yolunda olduğu bir vaxtda Bayden administrasiyası F-16-nın satışı prosesində topu Konqresə atmış kimi görünür. Prosesin sürəti və təsdiq edilib-edilməməsi çox güman ki, İsveç və Finlandiya problemləri, Dəməşqlə münasibətlərin normallaşması, Ukrayna hadisələri və Türkiyədəki seçki dövrü kimi müxtəlif amillərə bağlı olacaq”.
Qəzet yazır ki, “hətta Yunanıstanda da bəzi ekspertlər Türkiyənin Qərb ittifaqında qalması üçün Ankaraya F-16-ların satılmasının vacib olduğunu iddia edir”.
"Və təbii ki, Konqres üzvləri də bu hesablamanı aparacaqlar", - "Hürriyet" yazır.
ABŞ daha əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə cəza olaraq Türkiyəni F-35 döyüş təyyarəsi proqramından çıxarmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra Amerikanın beşinci yox, dördüncü nəsil F-16 qırıcılarının alınması təklifini açıqlamışdı. Müqavilə güclü rəqiblərinin olduğu Konqresdə müzakirə edilməli olacaq.
Modern.az
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI











