ABŞ kəşfiyyatının keçmiş rəsmisi: “Əlimizdə UNO-lar və onların pilotları var” - FOTO - VİDEO

ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqram çərçivəsində Yerdənkənar mənşəli kosmik gəmilərə sahib olub.
Bu barədə ABŞ kəşfiyyatının keçmiş zabiti Devid Qraş danışıb.
Onun sözlərinə görə, ABŞ administrasiyasında uğurla eniş edən və zədələnməyən, həmçinin qəzaya uğradığı üçün qismən zədələnən yad mənşəli gəmilər var.
Qraş bildirib ki, ABŞ kəşfiyyatının bir çox fəal üzvləri hələ də ona uçan naməlum obyektlər barədə gizli proqramın mövcudluğuna dair sənədlər və digər sübutlar təqdim edirlər.
Keçmiş kəşfiyyatçı UNO-ların aşkarlanması zamanı bəzən ölü pilotlara rast gəlindiyini vurğulayıb.
“İnansanız da, inanmasanız da, nə qədər fantastik səslənsə də, bu, həqiqətdir”, - deyə o əlavə edib.
Qraşın iddiasına görə, kainatdakı yeganə sivilizasiya insanlar deyil.
“Məlumatlar tamamilə empirik olaraq, tək olmadığımızı göstərir”, - deyə ABŞ kəşfiyyatının keçmiş zabiti sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin Stenford Universitetinin (Kaliforniya) professoru Harri Nolan Nyu-Yorkda tematik konfransda yadplanetlilərin Yer kürəsinə gəldiklərini və hələ də burada olduqlarını iddia edib.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












