ABŞ münaqişə bitməmiş “F-16”ları Kiyevə təhvil verə bilər

“Amerika istehsalı olan “F-16” qırıcıları Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı üçün nəzərdə tutulmayıb, lakin müharibə gözləniləndən daha uzun sürərsə, Ukraynaya verilə bilər”.
Bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Bu qırıcılar heç vaxt əks-hücum silahı sayılmayıb. Hazırda hadisələri izləyirik. Ümid edirəm ki, bu müharibə daha tez bitər. Amma bu baş verməsə, biz “F-16”ları mümkün qədər tez onlara təhvil verəcəyik”,- deyə o bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, əks-hücumla yanaşı, “F-16” qırıcıları Odessadan dəniz yoluna nəzarət etmək üçün Ukrayna Silahlı Qüvvələrinə lazımdır.
Prezident qeyd edib ki, Kiyev hakimiyyəti Rusiya aviasiyasına nisbətən havada üstünlük əldə etmək niyyətində deyil: “Sadəcə söhbət cəbhədə bərabər olmaqdan gedir”. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












