ABŞ Somalidə “Aş-Şabab”ın 27 yaraqlısını zərərsizləşdirib
ABŞ-ın Afrika Qüvvələri Komandanlığının (AFRICOM) məlumatına görə, Somalidə həyata keçirilən hava hücumu zamanı “Aş-Şabab” silahlı qruplaşmasının 27 üzvü öldürülüb.
"Report" xəbər verir ki, ABŞ son aylarda Somaliyə xüsusi təyinatlı bölmələr yerləşdirib və bu ölkədə "Aş-Şabab" terror təşkilatına qarşı hava hücumlarını davam etdirir.
"ABŞ-ın Afrika Komandanlığı Somali federal hökumətinin müraciəti ilə Buulobard şəhəri yaxınlığında Somali Milli Ordusunun qüvvələrinə hücum edən “Aş-Şabab” terrorçularına qarşı hava hücumları təşkil edib. Hava hücumu nəticəsində 27 terrorçu öldürülüb. Heç bir mülki şəxs xəsarət almayıb”, - açıqlamada qeyd edilir.
“Bu, Somali Keçid Missiyası və Afrika İttifaqının son beş ildə həyata keçirdiyi ən böyük hücum əməliyyatıdır”, - məlumatda bildirilir.
“Aş-Şаbab” terror təşkilatı Somalidə təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı sistemli şəkildə hücumlar təşkil edir.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










