ABŞ Türkiyəyə F-16-ların satışına - RAZILIQ VERƏCƏK

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan NATO Liderlər Zirvəsinin keçirildiyi Litvanın paytaxtı Vilnüsdə jurnalistlərə açıqlama verib.
Avtosfer.az xəbər verirk i, İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin addımını alqışladıqlarını ifadə edən Sullivan, İsveçi ən qısa zamanda NATO-nun yeni üzvü kimi görmək istədiklərini qeyd edib.
Sullivan xatırladıb ki, İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra ABŞ-dan F-16 tələbinə Türkiyənin cavabı necə olacaq sualına, Prezident Baydenin çoxdan bu satışı dəstəklədiyini bildirib.
F-16-ların Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğunu vurğulayan Sullivan, "Bayden Konqreslə məsləhətləşərək bu prosesi irəli aparmaq istəyir" deyib.
Konqresin F-16-nın Türkiyəyə satışını nə vaxt təsdiq edəcəyini soruşduqda, Sullivan, "Bu mövzuda dəqiq bir tarix deyə bilmərəm, lakin biz Konqres üzvləri ilə əlaqə saxlayırıq" cavabını verib.
Bayden və prezident Rəcəb Tayyib Ərdoğanın bu gün görüşəcəklərinə diqqət çəkən Sullivan görüşdə bir çox ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyini bildirib. (Marja)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











