ABŞ Ukraynaya “F-16” döyüş təyyarələrinin çatdırılmasına razılıq verib

ABŞ Hollandiyanın “F-16” döyüş təyyarələrini Ukraynaya təhvil verməsini təsdiqləyib.
Bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkənin müdafiə naziri Kajsa Ollongren çatdırılma təsdiqini əvvəllər “X” sosial media platforması vasitəsilə açıqlayıb.
“Biz ABŞ-nin “F-16” döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini başa çatdırmağa imkan verir", - deyə nazir söyləyib.
O, növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını da bildirib.
Hollandiyanın xarici işlər naziri Wopke Hoekstra amerikalı həmkarı Antoni Blinkenə əməkdaşlığa görə təşəkkür edib və bu addımı Ukraynanın öz xalqını və ölkəsini müdafiə etməsi üçün mühüm mərhələ hesab edib.
Qeyd dək ki, Ukraynaya “F-16”ların tədarükü üçün Hollandiya və Danimarka başda olmaqla digər ölkələr may ayında bu döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












