Abşeron dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt açıqlandı

Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərinin sentyabrın əvvəlində başa çatdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan ərazidə dəmiryol infrastrukturunda avqustun 6-dan əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar olaraq Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər edilib. Sonuncu belə dəyişikliklər avqustun 19-dan etibarən tətbiq olunub.
"Təmir işlərinin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır. Təmir işləri tam yekunlaşdıqdan sonra Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq", - deyə Bəxtiyar Hacıyev qeyd edib.
O əlavə edib ki, yeni hərəkət cədvəlinin sentyabrın 15-nə kimi tətbiq olunması planlaşdırılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












