Abşeronda yuma məntəqəsindən avtomobil qaçıran şəxs tutulub

Aprelin 22-də saat 9 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində “Changan” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, araşdırma zamanı sürücünün Şərur rayon sakini Rəmzi Əliyev olması və avtomobili sürücülük hüququ olmadan, etibarnaməsiz, sərxoş halda idarə etməsi, həmçinin həmin avtomobili qəsəbə ərazisindəki işlədiyi avtomobil yuma məntəqəsindən qaçırması müəyyən olunub.
R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilib və avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












