ADSEA-da “WaterTech Bootcamp”ın açılış mərasimi keçirildi - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Təlim və İnnovasiyalar Mərkəzində “WaterTech Bootcamp”ın açılış mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev və Agentliyin nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov bu cür təşəbbüslərin strateji əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki,
“Su təsərrüfatı sahəsində innovativ yanaşmalar və yeni texnologiyaların tətbiqi günümüzdə daha aktual və vacibdir. Bu gün burada toplaşan hər bir iştirakçı ölkəmizin su ehtiyatlarının qorunması və davamlı inkişafı yolunda potensial dəyişiklik yarada biləcək bir fikrin, bir texnoloji həllin müəllifi ola bilər”.
Daha sonra çıxış edən Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev çıxışı zamanı qeyd edib ki, “Əziz tələbələr, qarşıda sizi dörd günlük gərgin, eyni zamanda çox faydalı bir proses gözləyir. Bu müddətdə siz yalnız nəzəri biliklər qazanmayacaq, həm də komandada işləməyi öyrənəcəksiniz, fikir mübadiləsi aparacaqsınız və ortaya mövcud problemlərin real həllərini çıxaracaqsınız. Sizin bu hakatonda irəli sürdüyünüz ideyalar gələcəkdə böyük layihələrin əsasına çevrilə bilər”.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək dörd günlük təlim və hakaton proqramı su ehtiyatlarının idarə olunması sahəsində süni intellektin və innovativ texnologiyaların tətbiqinə həsr olunub.
Proqrama ümumilikdə 305 nəfər müraciət edib, onlardan seçilən 60 gənc iştirakçı təlimlərdə iştirak etmək imkanı qazanıb.
Proqramın sonunda ən uğurlu ideyalar münsiflər heyəti tərəfindən seçilərək mükafatlandırılacaq və onların həyata keçirilməsi üçün əlavə imkanlar təqdim olunacaq.
Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu və SUP VC-nin təşkilatçılığı, EU4ClimateResilience layihəsinin dəstəyi ilə baş tutub. Layihə Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən maliyyələşdirilir, GIZ və OECD tərəfindən icra olunur.
“WaterTech Bootcamp” iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, komanda işi, kreativlik və davamlı inkişaf prinsiplərini də təşviq edən mühüm təşəbbüsdür.








Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












